Daşkəsəndə kişi arvadını və 20 günlük körpəsini öldürüb

Daşkəsəndə kişi arvadını və 20 günlük körpəsini öldürüb
12:37 21 İyun 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.
R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

***12:24
Daşkəsən. 21 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda kişi arvadını və azyaşlı körpəsini öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahvələdli kəndində baş verib.
İlkin məlumatlara görə, həmin kəndin sakini ailə münaqişəsi zəminində arvadının və azyaşlı uşağının boğazını kəsərək onları qətlə yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-kisi-arvadinin-ve-azyasli-usaqlarini-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR