Bu gün Tağı Əhmədov onunla üzələşəcək

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Məlumata əsasən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə “Bakı Metropolitieni” ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verəcəyi gözlənilir. T. Əhmədov bu gün məhkəməyə gəlib və iclasda iştirak edir. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR