Beynəlxalq Bankın rəhbərindən önəmli AÇIQLAMA

Beynəlxalq Bankın rəhbərindən önəmli AÇIQLAMA
12:44 21 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.
 
“APA-Economics”in məlumatına görə, bankir bildirib ki, restrukturizasiya planı uğurla icra olunacaq: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq”.
 
X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR