Azərbaycanda ana və körpəsi qətlə yetirildi

Azərbaycanda ana və körpəsi qətlə yetirildi
12:47 21 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.
 
Kənd sakini 37 yaşlı Məmmədova Kəmalə və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
 
Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.
 
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.
 
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR