Komitə sədri: "Azərbaycanda dini fanatizmə və radikalizmə yer yoxdur"

Komitə sədri: "Azərbaycanda dini fanatizmə və radikalizmə yer yoxdur"
12:47 21 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiya üzərində bu gün uğurla inkişaf etdirilməkdədir:

"Azərbaycanda hər bir dinə məxsus olan xalqların öz dini ayinlərini icra etməsi üçün əlverişli şərait yaradılıb. Din amilindən bəzi ərazilərdə, ayrı-ayrı ölkələrdə sui-istifadə edilir, xüsusilə islam dünyasında din amilindən istifadə edərək islamı gözdən salmaq istəyən dairələr var".

Komitə sədri əlavə edib ki, Azərbaycanda bu gün dini fanatizmə və dini radikalizmə yer yoxdur və bu istiqamətdə DQİDK yarandığı gündən öz fəaliyyətini genişləndirib, müxtəlif qurumlarla birgə bu istiqamətdə işlər həyata keçirib və bu gün də bu fəaliyyət davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR