Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq

Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq
12:52 21 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda keçiriləcək Formula 2 üzrə yarışın ulduz qonağı olacaq. “Report”un Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 2016-cı il çempionatının bürünc medalçısı Sergey Sirotkindir.
Rusiyalı pilot “ART Gran Prix” komandasında Aleksander Albonu əvəzləyəcək. O, ötən il Bakıda baş tutan Formula 2 yarışlarının hər ikisində podiuma çıxıb. Bu il S.Sirotkin qələbəyə iddialı olan əsas namizədlərdəndir.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 23 – 25 iyunda keçiriləcək. Formula 2 yarışı isə iyunun 24-də baş tutacaq. Əksinə - qrid düzülüşü ilə keçiriləcək ikinci yarış isə iyunun 25-də olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanda-kecirilecek-formula-2-uzre-yarisin-ulduz-qonagi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR