Evdə tüfəng gizlədən, narkotik becərən şəxslər saxlanıldı - VİDEO - FOTO

Evdə tüfəng gizlədən, narkotik becərən şəxslər saxlanıldı - VİDEO - FOTO
13:05 21 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Balakən Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

Milli.Az ARB TV xəbər verir ki, əməliyyat tədbiri nəticəsində rayonun Mahamalar kənd sakini 55 yaşlı Bəxtiyar Kərimovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 5 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.

Əməliyyatın davamı olaraq Kərimovun yaşadığı evdən qanunsuz saxladığı 16 çaplı qoşalülə ov tüfəngi götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.

Aparılmış digər əməliyyat zamanı isə 59 yaşlı Nazim Nastakalovun Balakən şəhəri Rüfət Əhmədzadə küçəsində yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində 11 ədəd dibçək qabların içərisində ümumi sayı 18 ədəd olmaqla narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq yaşadığı evin zirzəmisindən isə şəxsi istehlak üçün nəzərdə tutulan miqdardan yuxarı çəkidə qurudulmuş marixuana götürülüb.

Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Evdə tüfəng gizlədən, narkotik becərən şəxslər saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/556270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR