Zakir Nuriyev: "Manat daim yeni məzənnəsini tapacaq"

Zakir Nuriyev: "Manat daim yeni məzənnəsini tapacaq"
13:22 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ “Azərbaycan manatının məzənnəsinin bəlli bir səviyyədə qalması düzgün deyil, iqtisadiyyatda proseslər getdikcə manat daim öz yeni məzənnəsini tapacaq” .
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
“Sərbəst üzən məzənnə rejimi olduğu üçün aşağıya da, yuxarıya da getmə ola bilər. Hərəkətlilik həmişə müşahidə edilə bilər. Mən düşünmürəm ki, iqtisadiyyatın ayrı-ayrı sahələri, məsələn, turizmin, meyvəçiliyin qısa müddətdə məzənnəyə təsiri olsun. Kurs müxtəlif parametlər əsasında formalaşır”, - deyə o, qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR