1 milyon 200 min manatlıq dələduzluq edən qadın məcburi müalicəyə göndərildi

1 milyon 200 min manatlıq dələduzluq edən qadın məcburi müalicəyə göndərildi
13:22 21 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon 200 min manatlıq dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə H.Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğunu bildirib və onun 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicəyə göndərilməsi barədə qərar verib.

İttihama görə, H.Allahverdiyeva 6 nəfər vətəndaşın etibarından sui-istifadə edərək, onların 1 milyon 200 min manatını dələduzluqla alıb. H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR