Evlilik verilişində NÖVBƏTİ RƏZİLLİK: azərbaycanlı qızlar oğlan üçün bunu da etdi - VİDEO

Evlilik verilişində NÖVBƏTİ RƏZİLLİK: azərbaycanlı qızlar oğlan üçün bunu da etdi - VİDEO
13:33 21 İyun 2017
63 Şou
Ölkə mətbuatı
A- A+

“Zuhal Topalla” evlilik verilişində məhşurlaşan azərbaycanlı gənclər Əli Əkbər, Naz Mila və Nurlananın mübahisəsi Türkiyədə və Azərbaycanda sosial şəbəkələrdə qınaq obyekti olub.

Publika.az xəbər verir ki, verilişin dünənki buraxılışında öz namizədlərini axtarmağa və evlənmək üçün gəldiklərini iddia edən gənclər yenidən aləmi bir-birinə qatıb.

Bir vaxtlar sevgili olduğu Naz Miladan qalmaqallı şəkildə ayrılan Əli Əkbər gecə klublarının birində onunla görüntülənib. Nazdan ayrıldıqdan sonra ilk sevgilisi Nurlananı verilişə dəvət edən Əli dəvət aldığı doğum günü tədbirinə Nazla birlikdə qatılıb. Onlar doğum günü mərasimində səmimi fotolar çəkdirib və sosial şəbəkədə paylaşıb. Əli Nazla birlikdə ona aylar əvvəl namizəd olan Leylanın onları öz ad gününə dəvət etdiyini deyib:

“Nazla eyni məhlədə qalırıq. Onun maşını nasaz olduğu üçün doğum gününə birlidkə getdik”.

Aparıcı Zuhal Topla onların bu münasibətlərinin çaşqınlıq yaratdığını, izləyicilər tərəfindən birmənalı qarşılanmadığını deyib. Buna cavab olaraq Naz Əli ilə xoş vaxt keçirdiyini bildirib, lakin sevgili kimi bir yerdə olmadıqlarını qeyd edib.

Nurlana isə keçmiş sevgilisi Əlinin bu hərəkətindən sonra tamaşaçılarla birlikdə oturmağın mənasız olduğunu deyib və lojaya keçib:

“Əli yenə də özünü müdafiə etdi. Mənə Nazla fotolarını sosial şəbəkədən atdılar. Sadəcə, dostlarıma “Yaxşı qərar verdim. Əlini tanıya bilməmişəm” dedim. Mənə maraqlıdır ki, keçmiş sevgili necə dost ola bilər? Əli üçün ürəyim getməyib. Xəstə olduğum üçün halım pisləşib”.

Verilişin gedişatında Nurlana ilə Naz arasında Əlinin üstündə mübahisə böyüyüb. Bir-birinin ünvanına tənqidlər səsləndirən azərbaycanlı qızların canlı yayımda mikrofonunu da bağlayıblar. Bundan sonra aparıcı həmyerlilərimizə xəbırdarlıq etməli olub.

Qeyd edək ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. O, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün gah küsüb, gah barışdığını, süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR