NATO qırıcısı Rusiya müdafiə nazirinin göyərtəsində olduğu təyyarəyə yaxınlaşmaq istəyib

NATO qırıcısı Rusiya müdafiə nazirinin göyərtəsində olduğu təyyarəyə yaxınlaşmaq istəyib
13:37 21 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ NATO-nun “F-16” qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun göyərtəsində olduğu təyyarəyə yaxınlaşıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Baltik dənizinin neytral sularının hava sahəsində baş verib.
NATO qırıcısı Kalininqrada uçan naziri müşayiət etmək istəyib, ancaq Rusiyanın “Su-27” təyyarəsi onu ərazidən çıxarıb.
S.Şoyqu Kalininqradda Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə qərbin strateji təhlükəsizlik məsələlərinə həsr edilən səyyar iclas keçirəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/nato-qiricilari-rusiya-mudafie-nazirinin-goyertesinde-oldugu-teyyareye-yaxinlasmaq-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR