Daşkəsəndə DƏHŞƏT: beşinci arvadını və 20 günlük körpəsini öldürdü - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Daşkəsəndə DƏHŞƏT: beşinci arvadını və 20 günlük körpəsini öldürdü - TƏFƏRRÜAT (YENİLƏNDİ)
13:38 21 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.

***

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə qətlə yetirib.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

***

Daşkəsən rayonunda kişi arvadını və azyaşlı körpəsini öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahvələdli kəndində baş verib.

İlkin məlumatlara görə, həmin kəndin sakini ailə münaqişəsi zəminində arvadının və azyaşlı uşağının boğazını kəsərək onları qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR