2017-ci ildə dünyanın ən yaxşı universitetlərinin reytinqi dərc edilib

2017-ci ildə dünyanın ən yaxşı universitetlərinin reytinqi dərc edilib
13:42 21 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərindən reytinqini - "World University Rankings 2016-2017"-ni dərc edib.
"Report" xəbər verir ki, reytinqdə dünyanın müxtəlif ölkələrindən 980 universitet, o cümlədən Avropadan 400 universitet daxil edilib.
Avropanın ən yaxşı 5 universiteti sırasında Böyük Britaniyanın dörd universiteti yer alıb. Reytinqin ilk pilləsində Oksford Universiteti qərarlaşıb. Sonrakı yerləri Kembric Universiteti və London İmperiya Kolleci tutub. Reytinqdə dördüncü yerdə İsveçrənin Sürix Ali Texniki Məktəbi qərarlaşıb. Beşinci pillədə isə London Universitet Kolleci özünə yer edib.
Jurnalın versiyasına görə, dünya reytinqində də birinci pillədə Oksford Universiteti qərarlaşıb. Kaliforniya Texnologiya İnstitutu (ABŞ) ikinci, Stenford Universiteti (ABŞ) üçüncü yeri tutub.
Universitetlər təhsil, tədqiqat mühiti, sahə gəliri və beynəlxalq perspektivlər baxımından qiymətləndirilib.
Əvvəlki illərdə olduğu kimi, Azərbaycan universitetlərindən heç biri bu reytinqdə yer almayıb.
Reytinqdə Türkiyənin 17, Rusiyanın 24, İranın 13 universiteti yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/2017-ci-ilde-dunyanin-en-yaxsi-universitetlerinin-reytinqi-derc-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR