Qətər neft hasilatını 10% artıracaq

Qətər neft hasilatını 10% artıracaq
13:42 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ Yaxın 5-7 il ərzində Qətər neft hasilatını 10% və ya 400 min barel/gün artıracaq. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu "Qatar Petroleum" dövlət neft şirkətinin rəhbəri Saad Şerida əl-Kəabi "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Şirkət rəhbəri qeyd edib ki, hasilatın artması ölkənin şimal regionunda yeni yataqların işlənməsi sayəsində baş tutacaq. Əl-Kəabinin fikrincə, bir sıra ərəb ölkələri tərəfindən onun ölkəsinə tətbiq edilən embarqolar neft-qaz sektorunun inkişafına mane olmayacaq. Belə ki, ölkənin neft-qaz sektoruna sərmayə qoyuluşları 250 mlrd. rial və ya 68 mlrd. ABŞ dolları təşkil edən xarici investorların çıxıb getməsi mümkün deyil. Qətər qazının hasilatında hər hansı problemin yaranması isə öz növbəsində bir çox ölkəyə təsir edəcək.
"Report" xəbər verir ki, Qətərə qarşı tətbiq olunan embarqo səbəbindən ölkədə dolların məzənnəsi 2 gün əvvəl 3,6813 rial səviyyəsinə çataraq son 15 ilin rekordunu təzələyib. Hazırda dolların məzənnəsi 3,675 riala bərabərdir. Qeyd edək ki, dolların məzənnəsinin tarixi maksimal həddi 3,75 rial təşkil edib və cari məzənnəni bu həddən sadəcə 2%-lik fərq ayırır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qeter-neft-hasilatini-10-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR