"Seyid vəsiqəsi" verən qazı cəzalandırıldı

"Seyid vəsiqəsi" verən qazı cəzalandırıldı
13:57 21 İyun 2017
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı Hacı Mirqiyas Təhməzovun "Seyid vəsiqəsi" verməsi faktı ilə bağlı tədbir görülüb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu məsələ Komitə və QMİ tərəfindən birgə araşdırılıb.
 
Onun sözlərinə görə, həmin qazıya töhmət elan olunub, xəbərdarlıq edilib: "QMİ onun yaşlı olmasını, din sahəsində fəaliyyətini nəzərə alıb, töhmət verməklə kifayətlənib. Təbii ki, bu yolverilməz haldır və həmin şəxs özü də bundan peşman olduğunu bildirib".
 
Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna "Seyid Ağa" vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosunun yayılması geniş müzakirələrə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR