Brüsseldəki terroru törədənin kimliyi açıqlanıb

Brüsseldəki terroru törədənin kimliyi açıqlanıb
13:57 21 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə Mərkəzi vağzalda terroru 36 yaşlı mərakeşli törədib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüssel prokurorluğunun təmsilçisi keçirdiyi mətbuat konfransında bildirib.
“Terrorçunun şəxsiyyət müəyyənləşib. Onun adı Üsamə J.-dır və 1981-ci ildə Mərakeəşdə doğulub. O, Molenbekdə icmada yaşayıb”, - deyə təmsilçi bildirib.
O əlavə edib ki, terrorçu tək fəaliyyət göstərib. 
Qeyd edək ki, iyunun 20-də gecə saatlarında Brüsselin vağzalında terror törədilib. Polis kamikadzeni zərərsizləşdirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR