Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ

Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ
13:59 21 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

 

Səudiyyə Ərəbistanı maraqlı bir rəsmi qərarla yenə dünya mətbuatının gündəmindədir.

 

Lent.az-ın foreignpolicy.com-a istinadən məlumatına görə, ölkə Qətərlə ikitərəfli əlaqələrinə son qoyan Səudiyyə bu ölkədən gələn dəvələri də istəmir. Qətər və Səudiyyə Ərəbistanı arasında bütün biznes əlaqələrinə son qoyulub, gediş-gəliş mümkün deyil və indi də Qətər dəvələri ölkədən getməlidir.

 

Bu qərar elan edildikdən sonra minlərlə dəvə az yemək və su ilə Səudiyyənin Qətərlə sərhəd bölgəsində tərk edilib. Hazırda 15 min dəvə ölkədən deportasiya edilir.

 

Qətərdə dəvə təsərrüfatı olan şəxs “Reuters”ə açıqlamasında deyib ki, dəvələr acından ölürlər: “Mənim qardaşımın hələ də Səudiyyədə 10-15 dəvəsi var. Bizim siyasətlə işimiz yoxdur. İstədiyimiz, yenə Səudiyyə rahat gedib dəvələrimizə baxıb, sonra ailəmizin yanına qayıtmaqdır”.

 

Qətər sakinləri aclıqdan əziyyət çəkən dəvələrin fotolarını mətbuatda görəndən sonra dəli olublar. Qətərin səlahiyyətli şəxsləri dəvələr üçün müvəqqəti sığınacaqların təşkili tapşırığını verib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR