Bakıda qeyri-adi dayanacaq - VIDEO

Bakıda qeyri-adi dayanacaq - VIDEO
14:05 21 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda analoqsuz dayanacaq hamını təəccübləndirib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, yol kənarına quraşdırılan dayanacağın oturacağı yer ilə bərabərdir. Sakinlərin dediklərinə görə, oturacaqların bu vəziyyətə düşməsinə səbəb yolun təmir olunmasıdır. Yəni yol əvvəllər bu qədər hündür olmayıb. Təmir olunduqdan sonra oturacaqlar torpağın altında qalıb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, dayanacaqlara ümumi cavabdehlik hələ ki agentliyə verilməyib. Agentlik hələlik yollara dayanacaq nişanlarının quraşdırılması ilə məşğuldur. Dayanacaqların ümumi vəziyyətindən Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda qeyri-adi dayanacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR