Bakıda 3 marşrut xətti üzrə bəzi dəyişikliklər edilir

Bakıda 3 marşrut xətti üzrə bəzi dəyişikliklər edilir
14:17 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. 
BNA-dan "Report"a daxil olan məlumata görə, nəticədə hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. 
Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.
Belə ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməkləç Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.
71 nömrəli marşrut xətti üzrə metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-3-marsrut-xetti-uzre-bezi-deyisiklikler-edilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR