Argentinada 32-ci dəfə çempion oldular

Argentinada 32-ci dəfə çempion oldular
14:17 21 İyun 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Boka Yuniors" klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib. Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici "Banfild"in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan "Boka Yuniors" 54 xal toplayan "Banfild" üçün əlçatmaz olub.

"Boka" tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə "River Pleyt"dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR