Play Store

3 marşrutun hərəkət sxemi dəyişdirildi

3 marşrutun hərəkət sxemi dəyişdirildi
14:19 21 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklər edilib.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

 

Belə ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

 

38 nömrəli marşrut xətti üzrə avtobuslar isə Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməkləç Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.

 

71 nömrəli marşrut xətti üzrə avtobuslar da metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR