Qırıcısı müdafiə nazirinin təyyarəsinə yaxınlaşdı - ATƏŞ XƏBƏRDARLIĞI

Qırıcısı müdafiə nazirinin təyyarəsinə yaxınlaşdı - ATƏŞ XƏBƏRDARLIĞI
14:29 21 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.
 
Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.
 
Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.
 
Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.
 
Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR