Təcavüzə uğrayan 14 yaşlı qız özünü öldürdü - İntihar mesajı - FOTO

Təcavüzə uğrayan 14 yaşlı qız özünü öldürdü - İntihar mesajı - FOTO
14:42 21 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Təcavüzə məruz qalan 14 yaşlı qız intihar edib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Meqan adlı qız 12 yaşında ikən 19 yaşlı oğlanın təcavüzünə məruz qalıb.

Hadisədən sonra oğlan tutulub. Oğlana əvvəl çox cəza verilsə də, ikinci müraciətdə onun cəzası azaldılıb.

Bunu öyrənən qız intihar edib. O, öz otağında dərman içərək canına qəsd edib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qız 4 gün sonra ölüb.

O, ölümündən əvvəl yaxın dostuna mesaj yazıb. Mesajda qeyd edib ki, o, özünü kirlənmiş hiss edir.

"Sən bu mesajı oxuyursansa, deməli çox gecdir. Mən gedirəm. Heç kimə xəbər etmə, təcili tibbi yardım da çağırma. Məni bağışla ki, sözümü tuta bilmədim, mübarizə aparmağa gücüm qalmadı".

Meqanın anasının dediyinə görə, o, təcavüzə uğramazdan öncə çox xoşbəxt və gülərüz olub.

Hadisə İngiltərənin Bləkbörn şəhərində baş verib. Məsələ ilə bağlı araşdırma davam edir.

Milli.Az Meqanın şəkillərini təqdim edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR