“Sumqayıt” “Səbail”lə iki yoxlama oyunu keçirəcək

“Sumqayıt” “Səbail”lə iki yoxlama oyunu keçirəcək
14:42 21 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol komandası 2017/2018 mövsümünün hazırlıq prosesinə start verib.
“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, Sumqayıt təmsilçisi iyunun 22-də saat 18:00-da "Kapital Bank Arena"da ilk məşqinə çıxacaq.
Komanda hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, Samir Abasovun rəhbərlik etdiyi kollektiv iyunun 2-də və 8-də Azərbaycab Premyer Liqasının debütantı "Səbail"lə üz-üzə gələcək.
Qeyd edək ki, “Sumqayıt” ötən mövsüm Azərbaycan Premyer Liqasını 6-cı pillədə başa vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-sebail-ile-iki-yoxlama-oyunu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR