Play Store

Dünyanı şoka salan Messi iddiası

Dünyanı şoka salan Messi iddiası
14:57 21 İyun 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Futbol dünyası Kriştiano Ronaldonun "Real"dan ayrılmaq istəmsi ilə bağlı yayılan xəbərləri şokundan ayılmamış Lionel Messi ilə bağlı iddialar yayılıb. Fanat.Az xəbər verir ki, argentinaplı ulduzun "Barselona"dan ayrılmaq istədiyi bildirilir.


Məlumatı "Barselona"ya yaxınlığı ilə tanınan "El Mundo Deportivo" qəzeti yayıb. Qəzet iddia edir ki, Messi 2016-cı ildə Kataloniya klubundan ayrılaraq Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti"yə getmək istəyib.


"El Mundo Deportivo" yazır ki, Amerika Kubokunun finalında Çiliyə uduzduqdan sonra Argentina millisindəki çıxışını başa vurduğunu açıqlayan Messi eyni günlərdə "Barselona"dan ayrılmaq istəyini də klub rəhbərliyinə bildirib. Lakin onu yola gətirmək mümkün olub. Messini fikrini dəyişməyə komanda yoldaşı Luis Suares razı salıb. Uruqvaylı ulduz komanda yoldaşını sakitləşdirib və qərarını dəyişməsinə nail olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyan-oka-salan-messi-iddias-t58830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR