Allahla bağlı məktub SATIŞA ÇIXARILDI

Allahla bağlı məktub SATIŞA ÇIXARILDI
15:03 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Qüds şəhərindən təşkil olunmuş hərracda Albert Eynşteynin məktubları ümumi məbləği 190 min avroya satılıb.

Publika.az xəbər verir ki, dahinin əksər məktubları 1951-1954-cü illərdə köhnə çap maşını ilə yazılıb, imza qoyulub və dostu, fizik Devid Boma ünvanlanıb. Məktubların bir çoxunda əlyazma qeydlər də var.

Ən baha satılan məktub 75 min avro olub. Məktubda Eynşteyn Allah haqqında yazır: “Allah dünyanı yaradanda, təbii ki, onu başa düşülən etmək barədə düşünməyib, bu, onun əsas qayğılarına daxil olmayıb”.

İsrail haqqında yazdıqlarında qeyd edir ki, bu ölkə intellektual olaraq yaşayır və maraqlıdır, lakin imkanları məhduddur.

Digər dostu Marks Borna 1944-ci ildə yazdığı məktubda "Yadındadır, təxminən 25 il bundan əvvəl biz tramvayda Reystaq binasına tərəf gedirdik, düşünürdük ki, orada oturanlardan demoktarlar düzəldə bilərik. Biz nə qədər sadəlövh idik... İndi buna yalnız gülə bilərəm”, - deyə Eynşteyn qeyd edirdi.

Xatırladaq ki, Eynşteynə 1950-ci ilin əvvəlində İsrailin prezidenti olmaq təklif edilir.

Məktublar Devid Bomun mərhum həyat yoldaşınının mirası sayılır, hansı ki ABŞ-ın Priston Universitetində Eynşteynlə birgə işləmişdi.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/203436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR