33-ü qızıl olmaqla 80 medal qazanmış məktəblimiz - FOTO

33-ü qızıl olmaqla 80 medal qazanmış məktəblimiz - FOTO
15:12 21 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb.

İdarədən Milli.Az-a verilən məlumata görə, Orxan Məcidli qızıl medallardan 3-nü sambo, 30-nu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb.

İstedadlı idmançı medallardan 12-ni Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i bürüncdür.

Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.

Qeyd edək ki, Orxan Məcidli 5 yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub.

Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR