Bakıda pulsuz internet - Əhatə dairəsi genişlənir

Bakıda pulsuz internet - Əhatə dairəsi genişlənir
15:32 21 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Baktelecom" tərəfindən reallaşdırılan "İctimai internet" layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisi ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və  Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR