Bu küçədə hərəkət məhdudlaşdırılacaq - Axşam saatlarında

Bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Metbuat.az-a verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR