ADU-nun əsas binasında kitabxana bölməsi yaradılıb

ADU-nun əsas binasında kitabxana bölməsi yaradılıb
15:42 21 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) əsas binasında kitabxana bölməsi yaradılıb. 
ADU-nun İnformasiya Departamentindən "Report"a verilən məlumata görə, kitabxana ali təhsil müəssisəsinin rektoru Kamal Abdullanın göstərişi ilə formalaşdırılıb. 
Bu addım əsas binada təhsil alan tələbələrə, eləcə də professor-müəllim heyətinə ADU-nun Təbriz küçəsində yerləşən tədris korpusundakı kitabxanaya getmədən istənilən kitabı oxuyub geri qaytarmaq şərti ilə əldə etmək imkanı verəcək.
Tələbə və müəllimlərin sifarişinə əsasən kitabxana əməkdaşları sifariş olunan kitabların ən qısa müddətdə əsas binaya çatdırılmasını təmin edəcəklər.
Qeyd edək ki, ADU-nun kitabxanası ildə 7 minə qədər oxucuya xidmət edir. Kitab fondunda 500 mindən artıq ədəbiyyat saxlanılır.






Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adu-nun-esas-binasinda-kitabxana-bolmesi-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR