Düşmənin təxribat qrupunun üzvü: “Məqsədimiz Azərbaycan ordusunun yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi"

Düşmənin təxribat qrupunun üzvü: “Məqsədimiz Azərbaycan ordusunun yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi"
15:42 21 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ “Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram".
"Report" xəbər verir ki, bunu düşmənin ələ keçirilən təxribat qrupunun üzvü deyib. 
"Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.
Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.
Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.
Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.
Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”, -deyə o, bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dusmenin-texribat-qrupunun-uzvu-meqsedimiz-azerbaycan-ordusunun-yerlesdiyi-movqeye-basqin-ederek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR