Xaqani və Sabir bağlarında pulsuz "wi-fi" qoşulub

Xaqani və Sabir bağlarında pulsuz "wi-fi" qoşulub
15:57 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Baktelecom” şirkəti tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. NRYTN-dən "Report"a daxil olan məlumata görə, bu gündən etibarən Bakı şəhərinin Xaqani və Sabir bağlarına gələn sakinlər pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək “Formula 1" Avropa Qran-Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.
Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notbuk, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.
Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.
Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı da pulsuz internetlə təmin ediləcək.
Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ Şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/xaqani-ve-sabir-baglarinda-pulsuz-wi-fi-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR