Pulsuz internet istəyənlər bu ünvanlara getsin

Pulsuz internet istəyənlər bu ünvanlara getsin
15:58 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

“İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Publika.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan layihə nəticəsində pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Bu günlərdə keçiriləcək “Formula” 1 Avropa Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR