"Bitki ekologiyası" adlı kitab çapdan çıxıb

"Bitki ekologiyası" adlı kitab çapdan çıxıb
16:22 21 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri Elman İsgəndərin “Bitki ekologiyası” adlı kitabı çap olunub. 
AMEA-dan "Report"a verilən məlumata görə, kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekaloji amillərə qarşı biruzə verdikləri əlamətlər öz əksini tapıb. 
Ekoloji anlayışlar, biotik və abiotik amillərin bitkilərin morfologiyasına və fizioloji prosseslərinə təsiri, ətraf mühitlə bitkilər arasında qarşılıqlı əlaqə, bitkilərdə ekoloji həyat tsikli, ətraf mühitin mühafizəsi, bioloji məhsuldarlıq, ekoloji çirklənmə, kosmik tədqiqatların ekoloji problemlərin həllində rolu, Azərbaycanın nadir bitkiləri kimi mövzuları əhatə edən kitab bitki ekologiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bitki-ekologiyasi-adli-kitab-capdan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR