Avtobusla piyadanın üstündən keçib, qaçan sürücüyə 8 İL HƏBS

Avtobusla piyadanın üstündən keçib, qaçan sürücüyə 8 İL HƏBS
16:29 21 İyun 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, A.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, A. Əsədov ötən il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq, "İkarus-256" markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vurub və onun üstündən keçib. A. Əsədov xəsarət alana yardım göstərmədən hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR