Ədliyyə Nazirliyi: Lapşinin səhhəti nəzarətdə saxlanılır

Ədliyyə Nazirliyi: Lapşinin səhhəti nəzarətdə saxlanılır
16:29 21 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli -Trend:

Həbsdə olan bloqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.

İdarə rəisi bildirib ki, penitensiar müəssisələrdə hər bir məhbusun səhhəti, saxlanma şəraiti və sağlamlıq durumu diqqət mərkəzindədir:

"Bunun üçün nazirliyin Tibb Baş İdarəsi də fəaliyyət göstərir. Hər bir məhkum kimi, Aleksandr Lapşinin də səhhəti nəzarətdədir. Əgər kiminsə səhhətində problem varsa, həkim briqadası dəvət edilir və həmin məhkumun səhhətindəki problem aradan qaldırılması üçün tədbir görülür".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR