Bakı. 21 iyun. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Şəki Su Tikinti ASC” Birjanın alternativ bazar seqmentində listinqə daxil edilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, müəssisənin hər birinin nominal dəyəri 2 manat olan 28 857 ədəd adi səhmi ticarətə buraxılıb.
Qiymətli kağızların satışına sabahdan başlanılacaq.