"Mercedes" qadını vurdu - "Burada keçid olmalıdır" - VİDEO - FOTO

"Mercedes" qadını vurdu - "Burada keçid olmalıdır" - VİDEO - FOTO
16:37 21 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə də piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində, "Sərçə bazarı"nın yaxınlığında baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və səki ilə hərəkət Samux rayon Nəbiağalı qəsəbə sakini Elyanə Namazovanı vurub. Dizindən və başından xəsarət alan 53 yaşlı qadın Abbas Səhhət adına şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir.

Qəza baş verən ərazidə piyada keçidinin olmaması küçə sakinlərini narahat edir.

Şirxan Alıyev - sakin: "Məktəbdir, valideynlər hamısı qorxusundan uşaqlarının əlindən tutub gətirir. Xahiş edirəm, ya yuxarıda, ya burada keçid əmələ gəlsin. Orada şənlik evi var, burada poliklinika. Keçid olmalıdır burada, 3 yoldur".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Millli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR