"Çovdarovun səhhətinə həssas yanaşırıq" - Ədliyyə Nazirliyi

"Çovdarovun səhhətinə həssas yanaşırıq" - Ədliyyə Nazirliyi
16:44 21 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkillərinin onun səhhətində yaranmış problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim - mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.

 

“Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, - deyə o vurğulayıb.  

 

Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR