Yaponiyada tank aşıb - 1 hərbçi həlak olub

Yaponiyada tank aşıb - 1 hərbçi həlak olub
17:01 21 İyun 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yaponiyanın Hokkaydo adasında hərbi təlimlər zamanı tank aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.

Qəza zamanı tankın içərisində 4 hərbçi olub. Onlardan biri tank aşdıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub.

Tankda olan digər hərbçilər xəsarət almayıblar.

Qeyd edək ki, Yaponiyada keçirilən Quru Qoşunlarının təlimlərində 20-yə yaxın tank iştirak edir.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2769244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR