Piyadanı vurub qaçan avtobus sürücüsünə HÖKM OXUNDU

Piyadanı vurub qaçan avtobus sürücüsünə HÖKM OXUNDU
17:05 21 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmnin hökmü ilə A.Əsədov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, A.Əsədov 2016-cı il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan "İkarus-256" markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vuraraq üstündən keçib və yaralıya yardım göstərmədən hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR