Azərbaycanın dəniz nəqliyyatı potensialı gücləndirilir - FOTO

Azərbaycanın dəniz nəqliyyatı potensialı gücləndirilir - FOTO
17:05 21 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Dəniz Administrasiyasında Beynəlxalq Dəniz Təşkilatının bir sıra Konvensiyalarına, o cümlədən Avropa Parlamentinin Direktivinə dair seminarlar keçirilib.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasında dəstək" adlı tvinninq layihəsi çərçivəsində "Dənizdə təhlükəli və zərərli maddələrin daşınması ilə əlaqədar dəymiş ziyana görə öhdəlik və təzminat üzrə Beynəlxalq Konvensiya", "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiya", "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin təhlükəsiz və ətraf mühitə uyğun şəkildə səmərəli utilizasiyasına dair Honq Konq Konvensiyası"na, o cümlədən 2005/35/EC saylı Avropa Parlamentinin Direktivinə dair seminarlar keçirilib.

Qeyd edək ki, adıçəkilən tvinninq layihəsini başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.

Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər - professor J.L.Gabaldon, kapitan L.Fernandez və R.Pastor tərəfindən "Dənizdə təhlükəli və zərərli maddələrin daşınması ilə əlaqədar dəymiş ziyana görə öhdəlik və təzminat üzrə Beynəlxalq Konvensiya"ya dair anlayışlar, gəmi sahibinin mülki məsuliyyəti, məsuliyyətin və məcburi zəmanətin məhdudlaşdırması, təhlükəli və zərərli maddələrin daşınması üzrə fondun yaradılması, təzminatı və əlaqədar işlər, fondun ianələri, təşkili və idarəedilməsi, Tərəf Dövlətin vəzifələri, iddialar və görülən tədbirlər, İspaniya dəniz hüququnda və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulan  təhlükəli və zərərli maddələrdən dəyən ziyan üzrə məsuliyyət, həmçinin bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət, "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"nın məqsədi, ümumi prinsipləri, sahil dövlətinin və gəmi sahibinin öhdəlikləri , mübahisələrin həlli, Avropa Parlamentinin 2005/35/EC saylı direktivi və digər məsələlər Dövlət Dəniz Administrasiyasının əməkdaşlarına ətraflı şəkildə izah edilib.

Seminarların sonunda əldə olunan biliklər təkrar olaraq bir daha nəzərdən keçirilib. Eyni zamanda iştirakçılara sertifikatlar təqdim olunub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR