Qobustan həbsxanası köçürüləcək

Qobustan həbsxanası köçürüləcək
17:12 21 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonu ərazisində, Umbakı qəsəbəsində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi başa çatmaq üzrədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.

İdarə rəisi deyib ki, bu həbsxana inşa olunarkən aparıcı beynəlxalq təcrübədən geniş istifadə olunub: "Hətta Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi bu həbsxananın inşası zamanı onun müvafiq layihəsi ilə tanış olub. Burada məhkumların asudə vaxtının təşkil olunması, idmanla məşğul olması, cəmiyyətə tam reabilitasiya olunması məqsədilə müasir standartlara cavab verən şəraitin yaradılması ilə bağlı təşkilat tövsiyələrini verib. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir həbsxana inşa olunur və yaxın zamanlarda onun tikintisinin tamamlanması başa çatacaq".

F.Qurbanov bildirib ki, həbsxana hazır olandan sonra Qobustan Qapalı Həbsxanası həmin müəssisəyə köçürüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR