Rusiya polisi erməni yalanını ifşa etdi

Rusiya polisi erməni yalanını ifşa etdi
17:22 21 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Çelyabinsk şəhərində 35 yaşlı Ermənistan vətəndaşı hücuma məruz qalması barədə polisə məlumat verib. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, o, borclarını qaytarmaq istəmədiyi üçün yalan məlumat uydurub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı ona iki nəfərin hücum etməsi və 975 min rubl, 25 min dollar və 50 min rubl dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə şikayət ərizəsi yazıb.

Bundan sonra Hüquq-mühafizə orqanları hadisə ilə bağlı "Quldurluq" maddəsi ilə cinayət işi qaldırıblar. Şəhərdə ona hücum edən şəxslərin axtarışı üçün əməliyyat tədbirlərinə başlanıb. Lakin sonradan hadisənin uydurma olduğu ortaya çıxıb.

Ermənistan vətəndaşı Rusiya hüquq-mühafizə orqanların diqqətini bundan əvvəl də cəlb edib. Bir müddət əvvəl onun barəsində avtomobil təmiri adı ilə 100 min rubl oğurlaması ilə əlaqədar "Dələduzluq" maddəsi ilə cinayət işi açılıb. Ona ölkəni tərk etməsinə qadağa qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR