Fiziki məhdudiyyətli ananın fəryadı: "Oğlumun əməliyyatı üçün 17 min manat tələb olunur "

Fiziki məhdudiyyətli ananın fəryadı: "Oğlumun əməliyyatı üçün 17 min manat tələb olunur "
17:23 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

I qrup əlil Əzizov Zamir Əzizağa oğlu həm fiziki, həm də görmə məhdudiyyətlidir. Zamir yaxın zamanda gözlərində baş verən narahatlığa görə İran İslam Respublikasında müayinəyə gedib və bu müayinə nəticəsində gözlərində “Karatakonus” xəstəliyi ucbatından buynuzlu qişanın tamamilə dağılmış vəziyyətdə olduğu aşkarlanıb. Təcili əməliyyat olunan xəstənin müalicə xərci qohumlarının və qonşularının dəstəyi ilə ödənilib.

Lakin həkimlər bildirblər ki, bu əməliyyatın hələ ilk mərhələsidir və Zamir tam sağalması üçün yenidən əməliyyat olunmalıdır.

Türkiyənin İstanbul şəhərində “Dünya” göz klinikasında həyata keçiriləcəkəməliyyatı üçün 17000 manat tələb olunur.

Zamirdən başqa 4 övladı da olan Solmaz Əzizova bildirir ki, növbəti 3 ay ərzində tələb olunan vəsait toplanmasa, bir daha oğlunun görmə qabiliyyətini bərpa etmək mümkün olmayacaq:

“Ailəmizdə 5 əlil var: özüm, oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. “AMRAH” bank bizə yardım edərək oğlumun adına hesab açıb. Bütün imkanlı şəxslərə mənə yardım etmələri üçün bir ana kimi yalvarıram. Bu məbləğ yığılmasa, oğlum əbədiyyən kor qala bilər. Çox xahiş edirəm, mənə bir ana kimi rəhminiz gəlsin. Oğlumu göz görə-görə qaranlığa qərq olmasın”.

Yardım etmək istəyən şəxslər aşağıdakı hesab nömrəsinə pul köçürə, yaxud qeyd olunmuş telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Hesab :AMRAHBANK ASC “Həzi Aslanov” filialı

SWIFT BİK AMRAAZ22

Hesabın sahibi: Əzizov Zamir

Hesablaşma hesabı: AZ23AMRA00410109440826137401

Müxbir hesab: AZ89NABZ01350100000000028944

VÖEN: 1400064171

Kodu^ 509501

Telefon: 055 540 50 94

050 285 56 55

055 366 79 66


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/203456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR