Mingəçevirdə hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib

Mingəçevirdə hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib
17:27 21 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 21 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib.
Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin  altına atdığını deyib".
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-hamile-qadin-ozunu-masinin-altina-ataraq-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR