Yaşar Ağayev Gülhanə hospitalına göndərilir

Yaşar Ağayev Gülhanə hospitalına göndərilir
17:37 21 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Facebook sosial şəbəkəsində Emil Pənah adlı istifadəçi öz səhifəsində qohumu Ağayev Yaşar adlı şəxsin fotoşəkilini yerləşdirərək, onun 2016-cı ilin aprel döyüşlərində başından yaralanması, indiyədək 5 dəfə cərrahi əməliyyat keçirməsinə baxmayaraq, daha bir əməliyyatın Türkiyədə keçirilməsinə ehtiyac olması, lakin ölkə rəhbərliyinin yaralı hərbçilərə yüksək diqqət və qayğı göstərilməsi barədə tapşırıqlarının icrasına məmurlar tərəfindən səhlənkar yanaşılması barədə status paylaşıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlovun sözlərinə görə, ötən ilin aprel ayında döyüşlər zamanı başından ağır yaralanan Yaşar Təvəkkül oğlu Ağayev hazırda hospitalın reanimasiya şöbəsində müalicə alır.

Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib.

Danışıqlar nəticəsində Y.Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub.

Sosial şəbədə yayılmış məlumata gəlincə, Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR