Ulduz futbolçu haqqında HƏBS QƏRARI - Vergidən yayınırmış...

Argentinalı ulduz futbolçu Anxel Di Maria ilə bağlı yeni xəbər var.

Metbuat.az xəbər verir ki, oyunçu Madrid "Real"ında oynadığı zaman vergidən yayındığı üçün məhkəmə qərarı ilə 1 il həbs və 1,7 milyon avro cərimə ilə cəzalandırılıb .

İspaniya qanunlarına əsasən, həbs cəzası iki ildən az olduqda pul cəriməsi tətbiq edilir.

Qeyd edək ki, Anxel Di Maria hazırda PSJ-də çıxış edir.

Sərdar Məmmədov /Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR