Anasının öldürdüyü 5 yaşlı qızın atası DANIŞDI - VİDEO

Anasının öldürdüyü 5 yaşlı qızın atası DANIŞDI - VİDEO
17:44 21 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Gülnarə Saypullayeva qızı 5 yaşlı Luizanıın südünə zəhər qatdıqdan sonra qızın halı pisləşib. Özünü itirən qadın bu barədə uşağın atası Bəxtiyara məlumat verib: "Ayın 14-ü günorta burda oynayan uşaq idi. Mən də mallara baxmağa getmişdim. Bir saat olmadı,  gəldi mənim yanıma ki, uşaq ölüb. Mən də gəlib gördüm ki, uşağın vəziyyəti pisdir, xəstəxanaya apardım. Bir saat keçmədi uşaq rəhmətə getdi. Anası özü zəhərləyib dərmanla. Malları saxlayırıq, iki aydır işləyirdik".
 
Xəstəxanaya çatdırılmasına baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Təyin olunan ekspertizanın nəticələrinə görə, 5 yaşlı uşağın zəhərlənərək öldürüldüyü məlum olub. Polis tərəfindən saxlanılan Gülnarə övladının niyə öldürdüyünü açıqlaya bilməyib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR