Azərbaycanda institutlar bu sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəklər - SİYAHI

Azərbaycanda institutlar bu sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəklər - SİYAHI
17:50 21 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərar verib.

Qərara əsasən, elmi tədqiqat institutları nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, bir sıra sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilərlər.

Həmin sahələr təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi, elmi nailiyyətlərin tətbiqi yolu ilə elmtutumlu məhsulların istehsalı və satışı, kitabxana, nəşriyyat və kitab satışı xidmətləri, məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri, layihə və müsabiqə sənədlərinin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri, informasiya xidmətləri, sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi, elmi tədqiqat institutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR